reklam
Super Liqa klubunda prezident istefası
Sportfm.az xəbər saytı

Super Liqa klubunda prezident istefası


Türkiyənin “Ərzurumspor” klubunun prezidenti Hüseyin Üneş istefa verib.

Sportfm.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib.

İstefadan sonra klubun idarə heyəti fəxri prezident Mehmet Sekmenin rəhbərliyi altında iclas keçirib. Toplantıda vitse-prezident Ömer Düzgün müvəqqəti prezident təyin olunub.

Hüseyin Üneş 2019-cu ilin yanvarından “Ərzurumspor”a prezidentlik edirdi.

“Ərzurumspor” Super Liqanın cari mövsümündə keçirdiyi 12 oyunda topladığı 9 xalla 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Super Liqa klubunda baş məşqçi istefası - Doğma meydanda məğlub oldu
Super Liqa klubunda prezident istefası
Super Liqa klubuda yeni baş məşqçi
Türkiyədə baş məşqçi istefası
Super Liqa klubu baş məşqçisini qovdu, Sərgən Yalçını gətirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər