Qaydanı ən çox pozan oyunçular açıqlandı -"Qarabağ"ın üzvü də var
Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Sportfm.az istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Filip Ozobiç qrup mərhələsində ən çox qayda pozuntusuna yol verən oyunçuların siyahısında yer alıb.
29 yaşlı xorvatiyalı yarımmüdafiəçi 4 oyunda 16 dəfə qaydanı pozub. Ozobiç bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb.
Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Falçinelli 26 "foul"la ilk sırada qərarlaşıb. Niderland PSV-sindən İbrahim Sanqare ikinci (19), "Srvena Zvezda"nın digər oyunçusu Seku Sonoqo (17) isə üçüncüdür.
Ozobiç cəza səbəbindən IV turun "Sivasspor"la matçını buraxıb. O, ilk 3 turda və 5-ci turda meydana çıxıb. Ağdam klubunda koronavirusa kütləvi yoluxma baş verdiyi üçün VI turda İspaniyada "Vilyarreal"la görüş gerçəkləşməyib.
Qeyd edək ki, "Qarabağ" I qrupunda 5 oyuna 1 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Azərbaycan çempionuna "Villarreal"la matça çıxmadığı üçün texniki məğlubiyyət verilə bilər.
Oxşar xəbərlər
Medvedev ilk "3-lük"də - Konfrans Liqası
UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi - Avropa Liqası
"Qarabağ"ın legioneri ən intizamsız futbolçu seçildi - Avropa Liqası
Qaydanı ən çox pozan komanda "Qarabağ" oldu - Avropa Liqası
Almeyda ən dəqiq ötürmə verən futbolçular sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası