Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maradonanın adı stadionuna verildi -RƏSMİ
İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.
Sportfm.az xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.
Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.
"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.
Oxşar xəbərlər
Maradonanı təhqir edən KİV-lər məhkəməyə verildi
Maradonanın adı küçəyə veriləcək - Buenos-Ayresdə
Maradonanın adı stadionuna veriləcək - İtaliyada
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradonanın rekordu bu gün qırıla bilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası