"Qəbələ" "Qarabağ"la oyunun təxirə salınmasını istəmir -Premyer Liqa
Qəbələ" komandasında daha bir futbolçu koronavirusdan sağalıb.
Sportfm.az xəbər verir ki, son olaraq, Ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.
Hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb. Bu gün komanda üzvləri yenidən test verəcəklər.
Premyer Liqanın XII turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb. Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb. Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.
Oxşar xəbərlər
“Qəbələ” – “Qarabağ” oyunu təxirə salındı
“Qarabağ” – “Qəbələ” oyunu təxirə salındı - Premyer Liqa
"Qarabağ" Türkiyədən itki ilə döndü - Nəticə müsbət çıxdı
Klublarımızın koronavirusa yoluxmuş futbolçuları - ARAŞDIRMA
Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası