Həftənin futbolçusu adına namizədlər -Çempionlar Liqası
UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu ada İngiltərə "Çelsi"sindən Olivye Jiru, Türkiyə "Başakşehir"indən İrfan Can Kahveci, İtaliya "İnter"indən Romelu Lukaku və Avstriya "Zaltsburq"undan Merqim Berişa iddia edir.
Jiru İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib. Kahveci evdə Almaniya "Leyptsiq"inə 3:4 hesabı ilə uduzduqları görüşdə het-trik müəllifi olub.
Lukaku Almaniyada Mönxenqladbax "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib. Berişa isə Rusiyada Moskva "Lokomotiv"i ilə matçda eyni sayda qol vurub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Oxşar xəbərlər
Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
Həftənin ən yaxşı futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin oyunçusu adına namizədlər - Avropa Liqası
Neymar və Benzema namizəd oldu - Həftənin oyunçusu adına
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası