reklam
Sportfm.az xəbər saytı

"Onu sevən ürəklərimiz bir anlıq dayandı" -FIFA prezidenti


"Bu gün (25 noyabr-red) inanılmaz dərəcədə kədərli gündür. Dieqomuz bizi tərk etdi. Onu olduğu kimi sevən ürəklərimiz bir anlıq dayandı. Hazırda hiss etdiyimiz yeganə şey ağrıdır".

Sportfm.az xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Funksioner bildirib ki, argentinalı veteran hücumçu əbədi olaraq qəlblərdə yaşayacaq: "Maradona həmişəlik bütün futbol nağılları tarixində önəmli yer tutacaq. Bu çətin vaxtda ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı veririk. Rahat yat, Dieqo. Biz səni sevirik".

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Oxşar xəbərlər

“Maradona ölməyib, ölməzdir" - Zlatan İbrahimoviç
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
10 nömrəli forma ləğv ediləcək - Maradonaya görə
Dieqo Maradona dünyasını dəyişdi - 60 yaşında
Dieqo Maradona istefa verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər