reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin kapitanı virusa yoluxdu -Açıqlama


"Neftçi"nin komandasının kapitanı Emin Mahmudov koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin dünənki test nəticəsi müsbət olub.

Mahmudov evində karantinə alınıb və özünü normal hiss edir. Allahverdiyevin sözlərinə görə, flaqmanın digər futbolçusu Ömər Buludov da özünü pis hiss edib: "Ondan götürülmüş test nümunəsi mənfi olub. Lakin bu gün hamıniz yenidən test verdik. Nəticəni gözləyəcəyik".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının X turunda "Qəbələ"nin qonağı olacaq. Noyabrın 22-də keçiriləcək oyun saat 14:00-da start götürəcək. (report)

Oxşar xəbərlər

Buqrin virusa yoluxub? - Cavabı
Yığmamızın qapıçısı koronavirusa yoluxdu - Karantinə alındı
"Neftçi"nin daha bir futbolçusu koronavirusa yoluxdu
Maksim Medvedev koronavirusa yoluxdu
Millimizin üzvi koronavirusa yoluxdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər