Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Daha güclü şəkildə geri qayıdacağıq” –Ovusu
“Qarabağ”ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”a 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun yeganə qolunun müəllifi olan futbolçu şəxsi “instaqram” hesabından paylaşım edib:
“Dünən gecə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqasında ilk qolumu vurduğum üçün məmnunam. Mübarizəyə davam edəcəyik və növbəti həftə daha güclü şəkildə geri qayıdacağıq”.
“Qarabağ” qrup mərhələsinin ilk turunda İsrailin “Makkabi” klubuna minimal hesabla məğlub olmuşdu.
Oxşar xəbərlər
UEFA “Qarabağ”la bağlı paylaşım etdi
"Qarabağ"la oyunda üç xal qazanmaq istəyirik" - Rza Çalımbay
"Qarabağ" "Vilyarreal"a məğlub oldu - YENİLƏNİB
"Qarabağ"ın rəqibi doğma meydanda məğlub oldu - 0:1
“Qarabağ” və “Makkabi” ilə matçlar daha vacibdir” - Rıza Çalımbay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası