"Neftçi"nin oyunçusu əməliyyat olundu -"Əməliyyat 3 saat çəkdi"
"Neftçi”nin oyunçusu Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.
Sportfm.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq qapıçının 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.
S.Ağayev əməliyyatla bağlı fikirlərini bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.
Oxşar xəbərlər
"Sabah"ın futbolçusu əməliyyat olundu
Namik Ələskərov əməliyyat olundu - FOTO
“Atletiko”nun oyunçusu əməliyyat olundu
Emin Mahmudov əməliyyat olundu - FOTO
"Neftçi”nin kapitanı əməliyyat olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası