Fransa milli komandası yoxlama oyununda Ukrayna yığmasını məğlub edib.
Sportfm.az xəbər verir ki, 7:1 hesabıyla bitən görüş fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa üçün əlamətdar olub. Belə ki, Ukrayna ilə matçda fərqlənən futbolçu, Fransa millisinin tarixində qol vuran ən gənc 2-ci futbolçu olub.
Fransa yığması tarixində qol vuran ən gənc futbolçu isə Moris Qastiqdir. Sabiq hücumçu 1914-cü ildə Fransa millisi ilə İsveçrəyə qarşı oyunda fərqləndiyi zaman 17 yaş 5 aylıq idi.