reklam
AFFA tender elan etdi -
Sportfm.az xəbər saytı

AFFA tender elan etdi -Süni meydançalar üçün


AFFA kiçik ölçülü süni örtüklü meydançaların quraşdırılması üçün belə örtüklərin alınması məqsədilə tender elan edib.

Sportfm.az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Eyni zamanda qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu oktyabrın 22-i saat 17:00-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.

Ödənişin yarısı əvvəlcədən, digər hissəsi isə mallar çatdırıldıqdan sonra ediləcək.

Oxşar xəbərlər

AFFA tender elan etdi - AVRO-2020 üçün
AFFA tenderə başladı - Geyim dəstləri və forma ilə bağlı
AFFA tender elan etdi - Stadionlar üçün
Tovuz şəhər stadionu avadanlıqlarla təmin olunacaq - Tender elan edildi
AFFA tender elan etdi - Tovuzdakı Futbol Akademiyası ilə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər