Goranboy və Gəncə yenə atəşə tutuldu -Ölən var
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla bu gün səhər saat 7 radələrində Goranboy rayonun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən oktyabrın 8-də səhər saat 4 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ermənilərin atəşi nəticəsində daha 4 nəfər xəsarət aldı
Ermənilər Tərtəri atəşə tutdu, mülki şəxs yaralandı
Düşmənin atəşə tutduğu Gəncədən VİDEO
Tərtər avtovağzalına top mərmisi düşdü, ölən var - Baş Prokurorluq
Ermənilərin Tərtərə top mərmisi atması nəticəsində 7 mülki şəxs yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası