reklam
Lev Yaşın tarixin ən yaxşı qapıçısı seçilə bilər
Sportfm.az xəbər saytı

Lev Yaşın tarixin ən yaxşı qapıçısı seçilə bilər


SSRI milli komandası ilə 1960-cı ildə Avropa çempionu olmuş Lev Yaşin dünya tarixinin ən yaxşı qapıçısı nominasiyasında namizəd olub. 

Sportfm.az xəbər verir ki, keçmiş qolkiper "France Football" jurnalının versiyası əsasında "10-luğ"a daxil edilib. Nəşr hər mövqe üçün eyni sayda namizəd müəyyənləşdirib. Qalibləri seçmək üçün dünyanın aparıcı media orqanlarından olan 177 jurnalist arasında sorğu keçiriləcək. 

Yaşinlə yanaşı, namizəd göstərilən qapıçılar arasında Qordon Benks (İngiltərə), Canluici Buffon, Dino Zoff (hər ikisi İtaliya), İker Kasilyas (İspaniya), Zepp Mayer, Manuel Noyer (hər ikisi Almaniya), Tomas Nkono (Kamerun), Peter Şmayxel (Danimarka), Edvin van der Sar (Niderland) də yer alıb. 

Qeyd edək ki, Lev Yaşin karyerası ərzində yalnız Moskva "Dinamo"sunun formasını geyinib.

Oxşar xəbərlər

Futbol tarixinin ən yaxşı qapıçıları - SİYAHI
Futbol tarixinin ən yaxşıları - SİYAHI
XXI əsrin ən yaxşı qapıçısı - SİYAHI
Lev Yaşin mükafatına namizədlər açıqlandı - SİYAHI
Futbol tarixinin ən yaxşı 10 qapıçısı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər