“Qarabağ” – “Səbail” oyunu təxirə salındı
Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Bildirilib ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.
Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Oxşar xəbərlər
“Kəpəz” – “Qarabağ” matçı təxirə salındı - Birinci divizion
"Qarabağ"ın oyunu təxirə salındı - “Marsel”ə görə
“Qarabağ” – “Qəbələ” oyunu təxirə salındı - Premyer Liqa
3 oyun təxirə salındı - Azərbaycan Premyer Liqası
“Sabah” – “Zirə” matçı təxirə salındı - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası