• 11:13 Şənbə
    6 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Onu komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq" - Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda  “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. "Qarabağ" və "Neftçi" bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyə ehtiyacı var. Yaxşı oyun alındı. 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibi də təbrik edir, onlara uğurlar arzu edirəm.
- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu...

- Ekşteynin getməsi peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandır və Ekşteyni başa düşməyə çalışdım. Onu komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana buraxdıq. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq. 
- Rəqib "Sabah" olmasaydı da, Ekşteyn əsas heyətdə olacaqdı?

- Hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudur və bu gün çalışdı tapşırıqları yerinə yetirsin.
- Əfran İsmayılovun oyunundan razı qaldınız?

- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Buna görə də təcrübəli futbolçuların üzərinə böyük yük düşür. 
- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?

- Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi. Çoşqunla Elçinin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi. 
- Bahadır əvvəl dayaq yarımmüdafiəçisi idi, indi də sola çəkmisiniz...

- Bahadırı sol cinahda sınamışdıq. Fikrimiz, bu mövqeyi limit kimi istifadə etmək idi. Bahadır həm solda, həm də ortada oynamağı bacarır. Onun hansı mövqedə daha effektli olacağını hələ bilmirik. Perspektivli futbolçudur. Gənc oyunçular üzərlərində çox çalışmalıdırlar. (qol.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

26-09-2020
109
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
29-11-2020
"Koronavirus ən çox bizə təsir edib" - Aftandil Hacıyev
23-11-2020
"İmmunitetimizi artırmağa çalışacağıq" - Aftandil Hacıyev
31-10-2020
"Hər iki komanda əzmkar mübarizə apardı" - Aftandil Hacıyev
25-10-2020
“İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım” –
“İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım” – Qurban Qurbanov
24-10-2020
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
26-08-2020
Qurban Qurbanov qələbəni şərh etdi -
Qurban Qurbanov qələbəni şərh etdi - "Azarkeşlər olsaydı, hücumlarımız daha effektiv ola bilərdi"
25-08-2020
"Futbolçudan əvvəlki performansını tələb edə bilmərik" - Qurban Qurbanov
21-08-2020
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
23-11-2019
Aftandil Hacıyev gileyləndi:
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"
14-04-2019
"Hakimlik bərbad idi" - Aftandil Hacıyev
24-02-2019
Roberto Bordin:
Roberto Bordin: "O, əl-qolla danışmağa başladı"
28-10-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur.
29-09-2018
"Meydana qələbə qazanmaq üçün çıxmışdıq" - Fizuli Məmmədov
30-10-2017
Qurban Qurbanov:
Qurban Qurbanov:"Futbolçularım üz üzərlərinə düşən yükün öhdəsindən gələcək"
31-08-2017
Robert Prosineçki:
Robert Prosineçki:"Ona 5 dəqiqə şans verəcəyimə ümid edirəm"
  Xəbər Lenti
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə 6.03.2021, 11:03
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 6.03.2021, 10:48
"Ulduzlar Liqası"nın püşkatma mərasimi keçirildi - Maraqlı qruplar 6.03.2021, 08:59
Madrid klubu qanunsuz pul verib - Hadisə 6.03.2021, 08:45
Cüdoçularımızdan uğursuz start - Böyük Dəbilqə 5.03.2021, 20:25
Məşhur idmançımız YAP İdarə Heyətinin üzvü oldu 5.03.2021, 19:42
“Zaqatala” 2-0 “Sumqayıt” - VİDEO VİDEO 5.03.2021, 19:37
Azərbaycan - Moldova 5:1 - VİDEO 5.03.2021, 18:35
"Bavariya"da yeni müqavilə - 5 illik 5.03.2021, 18:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
6-02-2021
"Onların adlarından döyüşməyimi istədilər" - Ramal Amanov
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb