“Yuventus”un idman direktoru Fabio Paratiçi adı kubla yanaşı çəkilən “Barselona”nın hücumçusu Luis Suareslə bağlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, “qoca sinyora”nın rəsmisi Suaresin transfer edilməyəcəyini açıqlayıb:
“Artıq Suares transfer siyahımızdan çıxarıla bilər, çünki onun İtaliya pasportu alması üçün lazım olan müddət transfer pəncərəsinin son günündən daha uzundur. Suares bizə təklif ediləndə, bu seçimi dəyərləndirdik. “Yuventus”un bir hücumçuya ehtiyacı var, nə istədiyimizi bilirik və bunun üzərində çalışırıq”.















Misli Premyer Liqası