"Qarabağ" Kiprə yola düşdü
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün Kiprə yola düşüb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb. Bu gün Bakı vaxtı ilə saat 20:15-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Ölkə çempionu saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" Kiprə 23 futbolçu ilə yollanır - SİYAHI
"Qarabağ" Kipri fəth etməyə yollandı - FOTO
"Qarabağ" Belarusa yola düşdü
BATE - “Qarabağ”: Son məşq və mətbuat konfransının vaxtı açıqlandı
"Qarabağ" Albaniyaya yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası