Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Raykaard millidən imtina etdi -Gözlənilməz qərar
Ronald Kumanın gedişindən sonra baş məşqçisiz qalan Niderdand millisinin yeni çalışdırıcı axtarışları davam edir.
Sportfm.az xəbər verir ki, Niderland Kral Futbol Asossiasiyası baş məşqçi postuna Frank Raykaardı gətirmək istəyib. Hətta tərəfləri arasında ilk görüş baş tutub. Lakin 57 yaşlı mütəxəssis bu təklifdən imtina edib.
Qeyd edək ki, Raykaard 1998-2000-ci illərdə Niderland millisinə başçılıq edib. Daha sonra Hollandiyanın "Sparta" (2001-2002), İspaniyanın "Barselona" (2003-2008) və Türkiyənin "Qalatasaray" (2009-2010) klublarına rəhbərlik etmiş mütəxəssis son olaraq Səadiyyə Ərəbistanı millisini (2011-2013) çalışdırıb.
Oxşar xəbərlər
Kuman yenidən Niderland millisində - FOTO
Van Qal məşqçilik karyerasını bitirdi
Millidə yeni baş məşqçi
İtaliyalı çalışdırıcı millimizə görə klubdan imtina edib?
"Beşiktaş"dan Dənizliyə qarşı saymazmazlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası