"İnanmıram ki, kimsə Mahiri başa düşsün" - Aftandil Hacıyev
"Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev Millətlər Liqasının I turunda keçirilən Azərbaycan - Lüksemburq (1:2) matçı ilə bağlı fikirlərini səsləndirib.
Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis futbolçularımızın görüşdə yol verdikləri səhvlərdən danışıb. Hacıyevin fikrincə, oyunun qırılma nöqtəsi 26-ci dəqiqədə Mahir Mədətovun qırmızı vərəqə alması olub.
"Futbolçu oyun epizodunda, məsələn, təkbətək mübarizədə və ya boş qapıdan topu əllə çıxaranda qırmızı vərəqə alarsa, onu hardasa başa dümək olar. Amma belə sadə epizoda görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğuna görə inanmıram ki, kimsə Mahiri başa düşsün. Əsəblərə hakim olmaq lazım idi. Mahir nə qədər cavan olsa da, artıq kifayət qədər təcrübə toplamış futbolçumuzdu. İnanıram ki, bundan nəticə çıxaracaq.
Oyuna gəlincə, 10 nəfərlə qalsaq belə məlum məsələ idi ki, rəqib bizi müdafiə olunmağa məcbur etdi. Bir nəfər azlıqla səhvlərin olması təbii idi, amma oyunun gedişatında rəqib get-gedə təzyiqi artırdı. Oyunçuların səhvlərinə görə bu matçda xal qazana bilmədik. Amma bir oyuna görə də qiymət vermək istəmirəm. Düşünürəm ki, istər yerli olsun, istər əcnəbi, hər bir yeni məşqçiyə, yeni qurulan komandaya vaxt verilməlidi. İnanıram ki, həm Canni de Byazi, həm də futbolçular oyunu təhlil edib, düzgün nəticə çıxaracaqlar. Növbəti görüşlərdə daha az səhvə yola verib, nəticəyə oynayan milli görə biləcəyik. Ona görə də çox üzərlərinə getmək də düzgün deyil. Futbol ictimaiyyəti olaraq gərək hamımız milliyə dəstək olaq. Azarkeş təbii ki, tez nəticə tələb edə bilər, amma peşəkar tərəfdən yanaşsaq, bir oyuna görə qiymət vermək doğru olmaz. Ümumi qiyməti turnirin sonunda vermək olar. Ona görə də Millətlər Liqasının bitməsini gözləmək lazımdı".
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının II turunda 8 sentyabrda səfərdə Kipr yığmasının qonağı olacaq. (Fanat.Az)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |