Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin matçında türkiyəli hakimlər
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına həvalə edilib. FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.
Hakim inspektor isə rumıniyalı Augustus Konstantin olacaq.
Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Millimizin oyununa hakim təyinatları - Avropa çempionatı
Azərbaycan - Danimarka oyununun hakimləri - Dünya çempionatı
Azərbaycan millisi Fransanı qəbul edir - START HEYƏTLƏR
Yığmamız Fransaya uduzdu - YENİLƏNİB
Türkiyəli hakimlər Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası