
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ"ın qapıçısı həbs olundu
"Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.
Sportfm.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib.
Belə ki, qolkiperin idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub. "Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanıldığı deyilir.
Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi"də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt" və "Mil Muğan"da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt"a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.
Oxşar xəbərlər
Emil Balayev əməliyyat olunacaq
Emil Balayev “Səbail”dən ayrıldı
Emil Balayev "Qarabağ"ı razı saldı - Müqaviləyə xitam verəcək
“Qarabağ” qapıçısını icarəyə verdi
Emil Balayev Almaniya klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin