reklam
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı -
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı -Ronaldo kənarda qaldı


UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandası açıqlanıb.

Sportfm.az xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.

Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştianu Ronaldo rəmzi komandadan kənarda qalıb.

Qapıçılar: Manuel Noyer ("Bavariya", Almaniya), Yan Oblak ("Atletiko", İspaniya), Antoni Lopeş ("Lion", Fransa)

Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı "Bavariya"), Vircil van Deyk ("Liverpul", İngiltərə), Dayo Yupamekano, Anhelinyo (hər ikisi "Leyptsiq", Almaniya)

Yarımmüdafiəçilər: Tiaqu Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı "Bavariya"), Ussem Aua ("Lion"), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser ("Leyptsiq"), Alexandro Qomes ("Atalanta",İtaliya)

Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi ("Barselona", İspaniya), Rahim Sterlinq ("Mançester Siti")

Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bavariya" Çempionlar Liqasının qalibi olub.

Oxşar xəbərlər

2020-ci ilin rəmzi komandası - UEFA açıqladı
İlin rəmzi komandası - SİYAHI SİYAHI
2020-ci ilin rəmzi komandası - SİYAHI
İlin komandasına namizədlər açıqlandı- UEFA 2019-cu il
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər