reklam
Uşaq liqalarının başlama vaxtı məlum oldu
Sportfm.az xəbər saytı

Uşaq liqalarının başlama vaxtı məlum oldu


AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.

Sportfm.az xəbər verir ki, bu qərar orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq, qəbul olunub. 

U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.

Qeyd edək ki, liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq. 

Oxşar xəbərlər

AFFA-nın növbəti Konfransı keçiriləcək
Futzal liqalarının qalibləri məlum oldu - Azərbaycanda
Azərbaycan Premyer Liqasının təqvimi dəyişəcək
Klublarımız məşq edə bilməyəcək - Operativ Qərargahın qərarı
AFFA-dan açıqlama – Liqalar təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər