reklam
Sportfm.az xəbər saytı

"Zirə"də braziliyalı qapıçı -Transfer


Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirir.

Sportfm.az xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. 25 yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən "Londrina" ilə müqaviləsini ləğv edir. 

Qapıçı yaxın günlərdə Bakıya səfər edəcək. 

Mateus Albino Carneiro "Zirə"yə keçidi barədə bunları söyləyib: "Xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropa futbolunda oynamağı arzu etmişəm. "Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada yaşadığım hər şeydən çox məmnun idim. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəyəm. 

Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından "Londrina"da çıxış edib. 

 

Oxşar xəbərlər

"Araz-Naxçıvan"da daha bir oyunçu - Transfer
"Zirə"dən ayrılan qapıçının yeni klubu bilindi - Transfer
“Zirə” daha üç futbolçusunu göndərdi
“Zirə”nin yeni transferi - RƏSMİ
“Zirə”də yeni oyunçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər