reklam
Koronavirus əleyhinə tədbirlər müzakirə olunacaq -
Sportfm.az xəbər saytı

Koronavirus əleyhinə tədbirlər müzakirə olunacaq -Tokio-2020


Yaponiya hökuməti, paytaxt Tokionun rəhbərliyi, eləcə də Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlarda koronavirusun yayılmasının qarşısını almaqdan ötrü görüləcək tədbirləri müzakirə etməyi planlaşdırırlar.  

Sportfm.az xəbər verir ki, bu barədə müntəzəm mətbuat konfransında Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa açıqlama verib. O bildirib ki, Oyunlarda koronavirus əleyhinə tədbirlərin təmin olunması üçün bir çox aspektə baxılmalıdır. Bura idmançı və azarkeşlərin gəlişi, testlərin aparılması, tibbi sistemin vəziyyəti və idman obyektlərinin iş vaxtı daxildir: "Bunu nəzərə alaraq, sentyabrdan müvafiq iclasların təşkili nəzərdə tutulub". 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.

Oxşar xəbərlər

Tokio olimpiadası ləğv edilir? - ŞOK
İdmançılara qadağa qoyuldu - Yerli əhalidən uzaq duracaqlar
İdmançılardan hər gün test götürüləcək - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər