Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vüqar Əsgərovun komandası mərhələ keçdi -Adı iştirak ərizəsinə daxil edilmədi
Futbol üzrə Latviya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da bu turnirdə ilk matçını keçirib.
Sözügedən komanda “Salaspils”lə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda qapılara daha üç qol vurulub. Yekunda 3:2 hesablı qələbə qazanan “Super Nova” 1/16 finala yüksəlib.
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Oxşar xəbərlər
Krivotsyukun komandası 1/8 finalda uduzdu
Vüqar oynamadı, komandası məğlub oldu - Latviya çempionatı
Amit Quluzadənin komandası 1/4 finalda - 7:1
Əsgərov 90 dəqiqə oynadı - “Super Nova” qələbə qazandı
Əsgərov ilk oyununda qol vurdu - Latviya 1-ci liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası