Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin potensial rəqibləri müəyyənləşdi
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 16 iştirakçısından 15-i müəyyənləşib. Sportfm.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəhbəri Sergey Kulikov açıqlama verib.
O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. Bu isə o deməkdir ki, millimizin potensial rəqiblərindən 14-ü bəllidir. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaqlar. Turnir 2017-ci ilin 7 - 22 yanvarında keçiriləcək.
Qeyd edək ki, ölkəmizi Təbriz Həsənovun rəhbərlik etdiyi 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.
Oxşar xəbərlər
Yığmamızın turnirdə son oyunu
Millimiz Estoniyaya qarşı
Növbəti rəqib İran yığmasıdır
Qrup mərhələsində son oyun
Millimizin rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası