reklam
Ayxan Abbasov Sultanovdan danışdı:
Sportfm.az xəbər saytı

Ayxan Abbasov Sultanovdan danışdı:"Hələ qışda müqavilə imzalamaq istəyirdik"


"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov sports.kz-a açıqlamasında Kərəm Sultanovun transferindən danışıb.

Sportfm.az xəbər verir ki, 38 yaşlı mütəxəssis ayrılan qazaxıstanlı futbolçu ilə uzun müddət maraqlandıqlarını deyib: 

"Uzun müddətdir ki, Kərəmi izləyirik. Sultanovla hələ qışda müqavilə imzalamaq istəyirdik. Onda klubu ilə müqaviləsi olduğu üçün alınmadı. Yəqin ki, bir həftə ərzində Kərəmlə müqavilə bağlayacağıq". 

Kərəm Qazaxıstanda "Ordabası", "Bayterek" və "Kızıl-Jar"da çıxış edib. İlin əvvəlində "Kaspi"yə keçən 24 yaşlı mərkəz müdafiəçisi komandada oyun keçirməyib. 

Qazaxıstanın U-21 millisinin üzvü olmuş Sultanov bir neçə günə Azərbaycana gəlib, yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Oxşar xəbərlər

Ayxan Abbasov “Sumqayıt”la davam edəcək - Müqaviləsi yeniləndi
"Sumqayıt" legionerini göndərdi - RƏSMİ
Sumqayıt" çempionata tam hazır deyil" - Ayxan Abbasov
"Sumqayıt"dan yeni transfer - 1+1 illik müqavilə
Kərəm Sultanov "Sumqayıt"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər