reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Səbail"ə məğlub oldu


Qəbələdə təlim-məşq toplanışında olan eyniadlı komanda ilə "Səbail" arasında yoxlama oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə penaltidən Rauf Əliyev açıb. 79-cu dəqiqədə Hendrik Ekşteyn penaltini yerinə yetirə bilməsə də, bir dəqiqə sonra fərqi artırmağı bacarıb.

"Qəbələ"nin təsəlli qolunu isə 88-ci dəqiqədə Merab Giqauri vurub.

Yoxlama oyunu

19:00. "Qəbələ" - "Səbail" - 1:2

Qollar: Merab Giqauri, 88 - Rauf Əliyev, 6 (pen.). Hendrik Ekşteyn, 80

İstifadə olunmamış penalti: Hendrik Ekşteyn, 79 ("Səbail")

Qeyd edək ki, bu, "Qəbələ"nin ikinci yoxlama oyunudur. Daha əvvəl "qırmızı-qaralar" "Zirə" ilə qolsuz heç-heçə edib."Səbail" isə ilk görüşünə çıxıb.

Oxşar xəbərlər

Hendrik yenidən Azərbaycana qayıtdı - Necə olacaq?
"Keşlə" "Səbail"lə üz-üzə - YENİLƏNİR
“Səbail” 3-1 “Qəbələ” - VİDEO
Ekşteyn qol vurdu, "Səbail" polşalıları məğlub etdi
"Səbail" Macarıstan klubunu məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər