reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti"dən 4 qol -Premyer Liqa


Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Elitayla vidalaşacağı dəqiqləşən “Norviç” bu turda “Bernli”ni qəbul edib. Meydan sahibləri bu oyunda da məğlubiyyətlə üzləşiblər.
“Bornmut” doğma meydanda “Sauthempton”a iki cavabsız qolla uduzub. “Tottenhem” isə “Lester”i üç cavabsız qolla məğlub edib.
“Mançester Siti” “Uotford”la qarşılaşmada 4 cavabsız qola sevinib. “Arsenal” isə “Aston Villa” ilə səfər oyununda minimal hesabla uduzub.
“Mançester Yunayted” bu turda “Vest Hem”i sınağa çəkib. Bu görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Çempion “Liverpul” doğma meydanda “Çelsi”ni qəbul edib. 8 qolluq qarşılaşmada meydan sahibləri qələbə qazanıb. Mersisayd təmsilçisi matçdan sonra həm də çempionluq kubokuna qovuşub.

İngiltərə Premyer Liqası, 37-ci tur

18 iyul

Norviç – Bernli 0:2
Qol
: Vud, 45+5. Qodfrey, 80-öz qapısına.

19 iyul

Bornmut – Sauthempton 0:2
Qol
: İnqs, 41. Adams, 90+8.

Tottenhem – Lester 3:0
Qol
: Castin, 6-öz qapısına. Keyn, 37; 40.

20 iyul

Brayton – Nyukasl 0:0

Şeffild Yunayted – Everton 0:1
Qol
: Riçarlison, 46.

Vulverhempton – Kristal Pelas 2:0
Qol
: Podense, 41. Conni, 68.

21 iyul

Uotford – Mançester Siti 0:4
Qol
: Sterlinq, 31; 40. Foden, 63. Laporte, 66.

Aston Villa – Arsenal 1:0
Qol
: Trezeqe, 27.

22 iyul

Mançester Yunayted – Vest Hem 1:1
Qol
: Qrinvud, 51 – Antonio, 45+2-pen.

Liverpul – Çelsi 5:3
Qol
: Keyta, 23. Aleksandr-Arnold, 38. Veynaldum, 43. Firmino, 55. Oskleyd-Çemberleyn, 84 – Jiru, 45+3. Abraham, 61. Pulişiç, 73.

Oxşar xəbərlər

“Mançester Siti” 4 qolla qalib gəldi - Premyer Liqa
“Mançester Yunayted” “Sauthempton”u qəbul edəcək - AFİŞA
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
"Liverpul" 4 qola "qonaq edilərək" yola salındı
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər