Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” Sabir Buqrini transfer etdi -Mərakeşli futbolçu Bakıda
"Neftçi" daha bir transferini rəsmiləşdirib.
Sportfm.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, "ağ-qaralar" Sabir Buqrini heyətinə cəlb edib.
Bakı təmsilçisi bunu ənənəvi olaraq hazırladığı videoroliklə açıqlayıb. Lüksemburq klubu "Düdelanj"la müqavilə müddəti başa çatan belçikalı yarımmüdafiəçi "Neftçi"yə havayı başa gəlib. Onunla 2 illik müqavilə imzalanıb. 24 yaşlı orta sahə oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mərakeş əsilli Sabir Buqrin Belçikanın U-19, Mərakeşin isə U-23 yığmasında çıxış edib. "Lyers"in yetirməsi olan futbolçu bu klubla yanaşı, Fransada da "Paris"in formasını geyinib.
Oxşar xəbərlər
Zinedin türkiyə klubunda - FOTO
"Neftçi"dən ayrılan legionerin yeni klubu məlum oldu - 3,5 illik müqavilə
"Neftçi"də daha bir braziliyalı futbolçu - RƏSMİ
"Neftçi"də braziliyalı futbolçu - RƏSMİ
“Neftçi” ilə qrup mərhələsindən də irəli gedə bilərik" - "Neftçi"nin yeni transferi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası