reklam
Gürcü futbolçu
Sportfm.az xəbər saytı

Gürcü futbolçu "Beşiktaş"da


"Beşiktaş" ikinci transferini tamamlayıb. 

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi Gürcüstanın "Dinamo" klubunun yarımmüdafiəçisi Nika Ninuanın transferini böyük ölçüdə həll edib. "Ağ-qaralar" gürcü yarımmüdafiəçi üçün Tbilisi təmsilçisinə 700 min avro təzminat ödəyəcək.

Nika Türkiyə klubunda illik 300-350 min avro maaş alacaq. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacaq. 

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən mövsüm Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub. 

"Beşiktaş" daha öncə "Alanyaspor"un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb.

 

Oxşar xəbərlər

“Qalatasaray”ın sabiq oyunçusu “Beşiktaş”da - RƏSMİ
London klubu istəyinə nail oldu - Transfer
Rodriqes "Everton"da - İllik 4 milyon alacaq
Matiç "Qarabağ"da - Transfer
N Sakala "Beşiktaş"da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər