SPORTFM.AZ
reklam
4 klubumuza UEFA-dan
Sportfm.az xəbər saytı

4 klubumuza UEFA-dan "yaşıl işıq"


Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin 2020-ci il iyunun 18-də keçirilmiş iclasında Azərbaycan Premyer Liqası ilə bağlı aşağıdakı qərar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin.

Sportfm.az xəbər verir ki, bu qərar AFFA tərəfindən UEFA-ya göndərilib və aşağıda göstərilmiş klubların UEFA-nın müvafiq klub yarışlarında iştirakı ilə bağlı ilkin təsdiq cavabı AFFA-ya daxil olub:

"Qarabağ" - UEFA Çempionlar Liqası
"Neftçi" - UEFA Avropa Liqası
"Keşlə" - UEFA Avropa Liqası
"Sumqayıt" - UEFA Avropa Liqası 
Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.

 

Oxşar xəbərlər

AFFA-dan açıqlama - AVRO-2020
Futzal üzrə Azərbaycan çempionatı dayandırıldı
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Çempionat dayandırıldı - “Qarabağ” çempion elan edildi - RƏSMİ
AFFA "Qarabağ" üçün yeniliklər etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər