reklam
Qurban Qurbanov öz rekordunu yenilədi
Sportfm.az xəbər saytı

Qurban Qurbanov öz rekordunu yenilədi


Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatçı baş məşqçilərindən ikisi əvvəllər də bu postda medal qazanıb.

Sportfm.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 7-ci çempionluğunu və 11-ci mükafatını qazanmaqla hər iki göstəricidəki rekordunu yeniləyib.
“Keşlə” ilə bürünc medal əldə edən Tərlan Əhmədov iki il öncə “Neftçi”də eyni uğura imza atıb. Bu, onun ikinci bürüncü olub.
“Neftçi”nin “sükanı arxası”nda gümüşə yiyələnən Füzuli Məmmədov ilk dəfə “üçlüy”ə düşüb. O, bunu bacaran 38-ci mütəxəssisdir. Məmmədova qədər 37 baş məşqçi komandası ilə medala yiyələnib. (PFL)

 

 

 

Oxşar xəbərlər

Azərbaycan çempionatlarında medal qazanan məşqçilər - SİYAHI
Qurban Qurbanovun 350-ci qələbəsi - Yubiley
Tərlan Əhmədovun növbəti uğuru
Qurban Qurbanov yeni rekorda imza atdı
“Qarabağ”ın 6-cı çempionluğu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər