"Başakşəhər" 3 xal qazandı, "Beşiktaş" məğlub oldu -Super Liqa
Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.
“Beşiktaş” doğma meydanda “Antalyaspor”a, “Yeni Malatyaspor” isə “Kasımpaşa”ya məğlub olub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.
“Qalatasaray” isə “Rizəspor”la üz-üzə gələcək.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.
Türkiyə Super Liqası, 27-ci tur
12 iyun
Fənərbaxça – Kayserispor 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.
Göztəpə – Trabzonspor 1:3
Qol: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.
13 iyun
Başakşəhər – Alanyaspor 2:0
Qol: M.Tekdemir, 64. Vişça, 79-pen.
Beşiktaş – Antalyaspor 1:2
Qol: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.
Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol: Donald, 45+3 – Thiam, 61; 67.
14 iyun
19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray
15 iyun
22:00 Sivasspor – Dənizlispor
Oxşar xəbərlər
Super Liqada 29-cu tura yekun vuruldu
"Beşiktaş" səfərdə coşdu
"Qalatasaray"a Rizədə ikiqat zərbə - Muslera şoku
"Trabzonspor" qaldığı yerdən davam etdi
“Başakşəhər” üçün çətin sınaq - Super Liqanın afişası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası