reklam
Klublar üçün yeni turnir -
Sportfm.az xəbər saytı

Klublar üçün yeni turnir -ABŞ-da


Koronavirus pandemiyası ilə əlaqədar martın 12-də dayandırılan MLS-də mübarizə fərqli formatla bərpa olunacaq.

Sportfm.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

“MLS geri döndü” adı verilən yeni yarış ABŞ-ın Orlando şəhərində, “ESPN Wide World of Sports Kompleksi”ndə təşkil olunacaq. İyulun 8-də startı veriləcək turnirdə Şərq və Qərb konfranslarındakı 26 klub mübarizə aparacaq. İştirakçı komandalar 6 qrupa bölünəcək. Qrup mərhələsini ilk iki pillədə başa vuranlar, eləcə də ən yaxşı dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazanacaq. Pley-off oyunları da tək qarşılaşmadan ibarət olacaq və əsas vaxtı heç-heçə bitən qarşılaşmaların qalibləri birbaşa penalti seriyasında müəyyənləşəcək. Avqustun 11-də baş tutacaq final qarşılaşmasında qalib gələcək komanda 2021-ci ilin KONKAKAF Çempionlar Liqasında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, MLS-də 2020-ci il mövsümü cəmi iki turun oyunları keçirildikdən sonra koronavirusa görə dayandırılıb.

Oxşar xəbərlər

Yeni mövsümün reqlamenti açıqlandı - Çempionlar Liqası
İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı
UEFA Millətlər Liqasının markasının vizual konsepsiyasını rəsmən təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər