19 yaşlı ulduz futbolçu cinayətkardır! -Saxlanıldı
"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi internetdə tanış olduğu model qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.
Sportfm.az xəbər verir ki, polisin məlumatına görə futbolçunun evində olan qız bazar günü gecə 03:35-də şəhər polisini və tibbi yardımını köməyə çağırıb.
Qız xəstəxanaya çatdırılıb, futbolçu isə evində saxlanılıb. İngilis oyunçunun evində axtarış aparılıb.
"Təcili tibbi yardımla xəstəxanaya aparılan qız təcavüzə qaldığını bildirib. Şübhəli şəxs evdə tutuldu. O, girov müqabilində həbsdən çıxdı", - polis nümayəndəsi bildirib.
"Çelsi" futbolçusu ilə bağlı açıqlama verməkdən imtina edib. London təmsilçisi hadisə araşdırıldıqdan sonra futbolçu ilə söhbət edəcək.
19 yaşlı vinger bu mövsüm 27 oyunda 4 qol vurub, 6 assist edib.
Oxşar xəbərlər
Dani Alveş saxlanıldı - Təcavüzdə ittiham olunur
"Mançester Yunayted"in sabiq futbolçusu azadlığa buraxıldı
"Çelsi"nin oyunçusu İngiltərə millisindən imtina etdi
İdman kompleksindən oğurluq etdi - polis saxladı
19 yaşlı qıza təcavüz edildi, futbolçular saxlanıldı - ŞOK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası