reklam
Mayk Tayson döyüşməyə razılıq verdi -
Sportfm.az xəbər saytı

Mayk Tayson döyüşməyə razılıq verdi -Şennon Briqqs ilə


ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionları - Mayk Tayson və Şennon Briqqs döyüş keçirməyə razılıq veriblər. 

Sportfm.az xəbər verir ki, Briqqs "Daily Mail"ə açıqlamasında bu yaxınlarda Taysonla danışdığını söyləyib. 48 yaşlı idmançı bu danışığın rəsmi görüş keçirmək üçün aparıldığını bildirib: "Taysonla mən əlcək geyinəcək və döyüşəcəyik". 

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub. 

Şennon Briqqs isə 68 döyüşündən 60-da 53-ü nokatla olmaqla, qələbə qazanıb. O, 6 dəfə məğlub olub, 1 görüş heç-heçə yekunlaşıb, daha 1-i isə baş tutmayıb. Briqqs 2016-cı ildə argentinalı Emilio Zarateni məğlub edərək rinqlə vidalaşıb. 

Oxşar xəbərlər

Dünya çempionu Mayk Taysonu döyüşə çağırdı
Tayson Cons ilə döyüşdə 10 milyon qazanacaq
Mayk Tayson canlı efirdə yuxuladı - VİDEO
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
Mayk Tayson xeyriyyə döyüşlərində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər