reklam
Azərbaycanlı futbolçu Premyer Liqada oynayacaq -
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu Premyer Liqada oynayacaq -dəqiqləşdi


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/20 mövsümü ləğv olunub.

Sportfm.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" klubları Premyer Liqaya yüksəliblər.

Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi "Ximki"də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə "Dalğa Arena"dakı yoldaşlıq oyununda (1:1) qol vurub.

Oxşar xəbərlər

“Ximki”nin yeni idman direktoru azərbaycanlı oldu - Təyinat
“Ximki” Sergey Yuranla yollarını ayırdı
Azərbaycanlı futbolçunun komandası Rusiya Premyer Liqasında
Azərbaycanlı futbolçu Rusiyada dubl etdi - VİDEO
Kamran Əliyevdən "Spartak"a gözəl qol - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər