reklam
Azərbaycan çempionatı 20-cidir
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatı 20-cidir


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan Premyer Liqasında ən çox qolsuz heç-heçə edən komandaların siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, qolsuzluq baxımından ən yüksək göstərici “Zirə”yə məxsusdu – 9,6 faiz.

İkinci sırada “Keşlə” (9,6 faiz) qərarlaşıb. “Qəbələ” və “Sumqayıt” 8 faizlik göstərici ilə 3 və 4-cü yerləri bölüşdürür.

“Neftçi”nin qolsuz matçlarının nisbəti 7,9 faizdir. Son illərin çempionu “Qarabağ” isə Azərbaycan klubları arasında oyunlarında ən az “quru hesab” qeydə alınan komandadı.

Premyer Liqanın digər iştirakçıları – “Səbail” 2016-cı, “Sabah” isə 2017-ci ildə yarandığından onların adları siyahıya salınmayıb.

CİES ən çox qolsuz heç-heçə qeydə alınan ölkələrin çempionatlarını da müəyyənləşdirib. Azərbaycan Premyer Liqası 8,6 faizlik göstərici ilə Avropada 20-ci yerdədi.

 

Oxşar xəbərlər

Mövsümün antirekordu qeydə alındı - Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Premyer Liqanın 6-cı turunu neçə azarkeş izlədi?
Premyer Liqanın 6-cı turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Premyer Liqada mövsümün rekordu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər