reklam
Yeni mövsümə start verilir -
Sportfm.az xəbər saytı

Yeni mövsümə start verilir -Cənubi Koreyada


Koronavirus pandemiyasına görə dünyanın əksər ölkələrində milli çempionatlara məcburi fasilə verilsə də, Cənubi Koreyada sabah yeni mövsümə start veriləcək.

Sportfm.az xəbər verir ki, uzaq şərq ölkəsində K Liqanın yeni mövsümünə əslində fevralın 29-da start verilməli idi. Lakin məhz koronavirus pandemiyasına görə mövsümün startı təxirə salınmışdı. Sabah isə Cənubi Koreyada yeni mövsümün açılış oyunu – “Jeonbuk” – “Suwon Bluewings” matçı baş tutacaq. Azarkeşsiz keçiriləcək oyun K Liqanın sosial şəbəkə hesablarından canlı yayımlanacaq. İlk turun qalan oyunları isə mayın 9-10-da keçiriləcək.

Futbol dünyasının da diqqəti tədricən Cənubi Koreyaya yönəlməkdədi. Belə ki, K Liqanın yayım hüququ artıq 10 ölkəyə satılıb. Federasiyadan verilən açıqlamaya görə, hazırda Almaniya, Fransa və ABŞ telekanalları da yayım hüququnu almaq üçün onlarla danışıqları davam etdirirlər.

Qeyd edək ki, Cənubi Koreyanın yüksək liqasında mübarizə aparan 12 klubda mütəmadi aparılan koronavirus testləri nəticəsində heç bir yoluxma halı qeydə alınmayıb. Bu ölkədə bütövlükdə 10 mindən çox insan virusa yoluxub, azı 255 adam dünyasını dəyişib.

Oxşar xəbərlər

Ölkə çempionatının yayım hüququ 10 kanala satıldı
Çempionatda ilk oyun minimal hesabla başa çatdı
Qarşılaşmalar azarkeşsiz keçiriləcək - Təsdiqləndi
Koronavirusa görə Çempionlar liqasının qarşılaşması keçirilməyəcək
Daha bir ölkədə futbolu dayandırdı - Koronavirusa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər