İstanbul klubunun futbolçuları karantində
Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə Super Liqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri İstanbula qayıdıblar.
Sportfm.az xəbər verir ki, Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu artıq xüsusi çarter reysləri ilə Türkiyəyə dönüblər.
Amma onlar dərhal karantinə alınıblar. Nəzərdə tutulan karantin müddəti bitdikdən sonra legioner futbolçular da “Beşiktaş”ın bazasında məşqlərə başlaya biləcəklər.
Qeyd edək ki, “Beşiktaş”ın yerli futbolçularından əksəri klubun bazasında məşqlərini davam etdirir. Gökhan Gönül, Caner Erkin, Necip Uysal, Güven Yalçın, Utku Yuvakuran, Rıdvan Yılmaz sosial məsafəni qorumaq şərtilə məhz bazada hazırlaşırlar. Bu vaxt ərzində Türkiyədə qalan Tayler Boyd da fərdi qaydada məşqlərini davam etdirir.
Qeyd edək ki, Türkiyədə çempionat oyunlarına martın 19-dan fasilə verilib. 2019/20 mövsümünün iyun ayında bərpa olunması planlaşdırılır.
Oxşar xəbərlər
Caner Erkin "Beşiktaş"ı tərk edir - Gökhan Gönül də gedir
Türkiyənin sayca 5-ci komandası
İki klub məşqə başlayır
"Beşiktaş" məşqlərə başladı - FOTO
"Qalatasaray"lı Fequli rəmzi komandada - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Avropa birinciliyində 3 medal















Misli Premyer Liqası