Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatında daha bir medal qazandıq
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Sportfm.az Cüdo federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteraların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Oxşar xəbərlər
Karateçimiz dünya çempionu oldu - Uğur
Veteran cüdoçularımız Dünya Çempionatında "şou" göstərir
Mayamidə medallar qazanan cüdoçularımız Bakıya döndülər
Azərbaycan cüdoçularından Amerikada 5-ci medal
Veteran cüdoçumuz Amerikada dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin