“Bu, İtaliya futbolunun ölümü deməkdir” -Federasiya prezidenti
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyasının taleyi ilə bağlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, federasiya rəhbəri, mövsümü ləğv etmək istəmədiklərini bildirib:
“Federasiyaya rəhbərlik etdiyim müddətdə mövsümü vaxtından tez yekunlaşdırmağa razı olmayacam, çünki bu, İtaliya futbolunun ölümü deməkdir. Bu məsələdə hər kəsin maraqlarını qorumağa çalışıram. Təkrar edirəm, bütün futbolçuların iştirakı ilə bağlı problem olmadıqca, bu qərarı qəbul etməyəcəm. Mövsümü ləğv etmək üçün kimsə mənə bunu izah etməli və irəliləməyimə mane olmalıdır. Futbol dayansa, 700-800 milyon avro itki olacaq. Oyunlar azarkeşsiz keçirilsə, itkilər 300 milyon avro olacaq”.
Oxşar xəbərlər
Mövsüm iyunun 13-də bərpa oluna bilər - Amma...
Klublar 1 milyard avro itirəcək
"Mövsüm davam etdirilməsin" - Roberto Mançini
Ölkə çempionatının bitmə tarixi məlum oldu
"Mövsümü ləğv etmək haqsızlıq olardı" - Qabriel Qravin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası