reklam
Türkiyə Super Liqası başlayır -
Sportfm.az xəbər saytı

Türkiyə Super Liqası başlayır -Tarix açıqlandı


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Super Liqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.

Sportfm.az xəbər verir ki, bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər 11, 12 və ya 13 iyundur. KK rəhbəri yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. M.Sepil qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

Oxşar xəbərlər

Türkiyə klubunun prezidenti istefa verdi - Səbəb açıqlanmadı
Türkiyə Super Liqasının başlanacağı tarix dəqiqləşdi – Müjdə
Razılığa gəlindi - Super Liqa oynanılacaq
Oyunçular virusa yoluxsa da, matçlar davam edəcək - AÇIQLAMA
Aşağı liqalarla bağlı qərar verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər