reklam
Milli Olimpiya Komitəsinə əlavə pul verildi
Sportfm.az xəbər saytı

Milli Olimpiya Komitəsinə əlavə pul verildi


Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştiraka hazırlıq məqsədilə Milli Olimpiya komitələrinə ayrılan vəsaitin məbləğini 10,3 milyon ABŞ dolları artırıb.

Sportfm.az xəbər verir ki, olimpiadanın təxirə salınması ilə əlaqədar subsidiyaların miqdarı 46,7 milyon ABŞ dollarından 57 milyon dollara yüksəldilib.

Bildirilib ki, ödənişlər xüsusi ərizə əsasında veriləcək. Vəsait nəqliyyat, yaşayış, ezamiyyət və əməliyyat xərclərini qarşılamağa yönəldiləcək.

IOC həmçinin Milli Olimpiya komitələrinin rəhbərliyində 4 ildən bir keçirilən seçkilərin təxirə salına biləcəyi ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Oxşar xəbərlər

Tokio-2020 xərcləri açıqlandı - 15,4 milyard
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
Dünya çempionatı təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər