reklam
Çempionat bərpa olunacaq -
Sportfm.az xəbər saytı

Çempionat bərpa olunacaq -Polşada


Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Polşa çempionatının bərpa tarixi açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, milli çempionat mayın 30-da qaldığı yerdən start götürəcək. Liqanın iyunun sonunda başa çatdırılacağı gözlənilir.

Bu müddət ərzində ikinci dövrənin digər matçlarının və pley-off qarşılaşmalarının keçiriləcəyi qeyd olunub. II liqanın isə iyunun 6-da bərpa olunacağı vurğulanıb.

Mayın 27-də Polşa kubokunun təxirə salınmış görüşləri oynanılacaq. Bundan sonra isə yarımfinal mərhələsinin püşkü atılacaq.

Qeyd edək ki, Polşa çempionatının oyunları martın 13-də dayandırılıb.

Oxşar xəbərlər

Çempionat iyunun 3-də bərpa olunacaq
Çempionatın bərpa tarixi bilindi
A Seriyasının bərpa tarixi açıqlandı
Premyer Liqanın bərpa olunacağı tarix məlum oldu
Bundesliqa davam edəcək - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər