reklam
Sportfm.az xəbər saytı

"Risk olduğu müddətcə futbol olmayacaq" -Canni İnfantino


FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyasının yayıldığı dönəmdə futbolun gələcəyinin necə olacağı ilə bağlı suallara aydınlıq gətirməyə çalışıb.

Sportfm.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri "L'Equipe" nəşrinə açıqlamasında insanların sağlamlığının hər şeydən vacib olduğunu və yalnız təhlükəli vəziyyət aradan qalxdıqdan sonra futbol turnirlərinin bərpa ediləcəyini bildirib:

"Futbol nə vaxt qayıdacaq? Məncə, cəmiyyətin sağlamlığı hər şeydən öndə gəlir. Sağlamlıq ən önəmli məsələdi! Risk olduğu müddətcə futbol olmayacaq. Bir az gözləmək və hadisələrin necə cərəyan edəcəyini izləmək lazımdı. Vəziyyət çox ciddidi.

Başa düşürəm, əksəriyyət futbolun nə vaxt qayıdacağını öyrənmək istəyir. Yerli hökumətlər icazə verəndə oyunlar da başlayacaq. Ancaq ondan sonra turnirləri başa vura bilərik. Amma indi insanların həyatını təhlükəyə ata bilmərik".

Oxşar xəbərlər

"Futbol kömək etməlidi" - Canni İnfantino
Tokio olimpiadası ləğv edilir? - ŞOK
"Oyunçuların fiziki göstəriciləri çox aşağı düşüb" - Ayxan Abbasov
Aşağı liqaya klub düşməyəcək - RƏSMİ
FİFA prezidenti: "Bir oyun insan həyatından dəyərli deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər