Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda idmançı cərimələndi -Karantini pozduğu üçün
Daxili işlər Nazirliyi "8103" qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.
Sportfm.az xəbər verir ki, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.
O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.
İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.
Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus "Go Fitness" idman zalında fitnes müəllimi kimi çalışır.(oxu.az)
Oxşar xəbərlər
Rəsul Çunayev güləş məktəbi açdı
Fitnes müəllimi qəfil dünyasını dəyişdi - SON DƏQİQƏ
Fitnes zalları necə fəaliyyət göstərə bilər? - Rəsmi açıqlama
Dörd idmançımıza sanksiya tətbiq edildi
İdmançı qəribə elan verdi, yüzlərcə mesaj aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası