Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə klubuna transfer qadağası
Türkiyənin "Əskişəhərspor" klubuna ağır cəza verilib.
Sportfm.az xəbər verir ki, keçmiş futbolçusu Rud Boffinə olan borcunu ödəyə bilmədiyi üçün birinci liqa təmsilçisinin hesabından 6 xal silinib.
Həmçinin komandaya transfer qadağası qoyulub. Əskişəhəri təmsil edən kollektiv qarşıdakı 2 "transfer pəncərəsi" dövründə heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.
Məlumatda bildirilib ki, belçikalı qapıçıya borc qarşılığında 75 000 avro dəyərində ev və 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə 100 000 avro təklif olunsa da, 33 yaşlı qolkiper bundan imtina edib.
Qeyd edək ki, Rud Boffin 2012-2017 mövsümündə "Əskişəhərspor"un formasını geyinib.
Oxşar xəbərlər
Türkiyə klubu transfer edə bilməyəcək - Qadağa
Superliqa klubuna transfer qadağası qoyuldu - QƏRAR
İtaliya klubuna ağır cəza - FİFA
Türkiyə klubuna transfer qadağası - Borc səbəbindən
Türkiyə klublarının qadağası ləğv olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası